Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən
Respublika Şahmat Mərkəzində 2005-2006-cı il təvəllüdlü
(10 yaşadək) oğlanlar və qızlar arasında keçirilən
şahmat üzrə Bakı birinciliyi başa çatıb.
Yarışda Respublika Şahmat Klubunu təmsil edən 59 idmançı
(onlardan 26 nəfəri qızlardır) iştirak edib.
Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin
rəhbərliyi ilə İsveçrə sistemi üzrə keçirilən yarışlar 9
turdan ibarət olub. Yekun nəticələrə əsasən oğlanlar
arasında birinci yeri 8 xalla Sənan Əliyev, ikinci yeri
7 xalla Mətin Salamov, üçüncü yeri 6,5 xalla Aydın
Süleymanlı, qızlar arasında birinci yeri 8,5 xalla Mehin
Taba-Tabai, ikinci yeri 7 xalla Lalə Ağayeva, üçüncü
yeri 6 xalla (əmsal 32,0) Stefaniya İsmayılova tutublar.
Bundan əlavə, oğlanlar arasında dördüncü yerin sahibi
Səməd Aslanov (6 xal, əmsal 31,5), həmçinin qızlar
arasında dördüncü yerə layiq görülən Nərminə Cəfərova (6
xal, əmsal 32,0) və beşinci yeri tutan Sara Həmidova (6
xal, əmsal 30,0) da bu ilin may ayında keçiriləcək
respublika final mərhələsinə vəsiqə qazanıblar.
Yarışda ilk üçlüyü tutan idmançılar Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli
diplomlar və medallarla təltif olunublar. |