Aprelin 21-də Şirvan Olimpiya İdman Kompleksində
məktəblilər arasında güləş üzrə zona yarışı başlayıb.
Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli
icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Qeyd edək ki, bu qarşılaşma Təhsil Nazirliyinin "Bakı
2015" I Avropa Oyunlarının proqramına daxil olan 14
idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis,
taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks,
basketbol, badminton, yüngül atletika, akrobatika və
bədii gimnastika) məktəblilərarası zona yarışları
çərçivəsində keçirilib.
Zona yarışında idmançılar güləşin hər iki növü üzrə 5
çəki dərəcəsində (sərbəst güləş: 26, 32, 38, 47, 59 kq.,
yunan-Roma güləşi: 23, 29, 35, 42, 53 kq.) mübarizə
aparıblar. Qalib adı uğrunda mübarizəyə Hacıqabul,
Şirvan, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli,
Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın və Xocavənd
rayonlarından 160 güləşçi qatılıb.
2 gün davam edən yarışın qalibləri Təhsil Nazirliyi
tərəfindən diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılıb. |