Təhsil
Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş və ümummilli
lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə
həsr olunmuş məktəblilərarası respublika şahmat
festivalı qaliblərinin mükafatlandırılması mərasimi olub.
4 yaş qrupu üzrə oğlan və qızlar arasında fərdi, eyni
zamanda komanda hesabında 1-ci, 2-ci və 3-cü yerlərin
sahiblərinə Təhsil Nazirliyi tərəfindən kubok, diplom və
qiymətli hədiyyələr təqdim olunub.
Komanda hesabında 1-ci yeri Sumqayıt şəhəri, 2-ci yeri
Ucar rayonu, 3-cü yeri isə Mingəçevir şəhərinin
komandaları tutub.
Qeyd edək ki, yarışın I mərhələsi "Şahmat" fənni tədris
olunan pilot ümumtəhsil məktəbləri arasında keçirilib və
rayon (şəhər) üzrə qalib şagirdlərdən ibarət yığma
komandalar yaradılıb. Yarışlarda "Şahmat" fənni tədris
olunan 494 pilot məktəbdən 3 min nəfərdən çox şagird
iştirak edib. Final yarışında isə 400-ə yaxın şagird
mübarizə aparıb. |