Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Məktəb səhnəsində tamaşa

 

Gəncə Dövlət Universitetinin pedaqoji təcrübədə olan tələbələri öz vəzifələrini yerinə yetirməklə bərabər, olduqları məktəblərin kollektivi ilə birlikdə bu tədris ocaqlarında keçirilən  tədbirlərin hazırlanmasında da yaxından köməklik göstərir,  təcrübəli müəllimlərdən öyrənirlər. Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının Gəncə şəhər Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan II kurs tələbələrinin fəaliyyəti bu baxımdan xüsusilə təqdirəlayiqdir.

Bu günlərdə tələbələr məktəbin şagird kollektivi ilə birgə "Fəsillərin gözəli yaz" adlı tədbir hazırlamışlar. Tədbirdə şagirdlər şeirlər söyləmiş, mahnılar ifa etmişlər. Tələbələr isə hazırladıqları Məcid Şamxalovun "Qaynana" tamaşasını nümayiş etdiriblər. Təcrübəçi tələbələrdən Ruzanə Cəfərova  (qaynana), Şahmalı Həsənov (Ayaz), Nazlı Xəlilova (Afət), Pərvanə İsmayılova (Sevda), Cavid Sadıqov (İlqar), Aytən Xasaylı (Sədaqət) öz rollarını məharətlə ifa ediblər. Tələbələrin özlərinə məxsus ifa tərzləri, obrazyaratma qabiliyyətləri, ifaçılığa qarşı məsuliyyət hissləri tamaşanın uğurlu alınmasına və dəfələrlə alqışlanmasına səbəb olmuşdur.

Tamaşanın sonunda filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov və Məhəmməd Füzuli adına 22 nömrəli məktəbin direktoru Abdulla Kərimov tədbirdə iştirak edən şagird və tələbələrə öz təşəkkürlərini bildirmişlər. Qeyd olunmuşdur ki, belə tədbirlər orta məktəblə ali təhsil müəssisəsi arasında daha möhkəm əlaqələrin və bağlılığın yaranmasına, şagird və tələbələrin kollektivçilik ruhunda tərbiyəsinə, onlarda yaradıcılıq  qabiliyyətlərinin inkişafına,  müsbət mənəvi keyfiyyətlərin aşılanmasına  şərait yaradır.

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov