Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

İnanırıq ki, xüsusi mükafatla qayıdacaqlar

 

Nigar  və Mədət bacı-qardaşları Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseydə təhsil alırlar. Nigar  10-cu,  Mədət isə 9-cu  sinifdə oxuyur. Bu əlaçı şagirdlər hər ikisi  rəsm çəkməyi, idmanla məşğul olmağı, şahmat oynamağı çox sevir. 9 noyabr 2014-cü ildə Heydər Əliyev Mərkəzində keçirilmiş məktəblərarası rəsm müsabiqəsində  ulu öndər Heydər Əliyevin portretini yaradaraq  I yerə layiq görülüblər. Onlar informatika fənni üzrə "Bebras Olimpiad", "An Hour of Code", ingilis dili üzrə isə "A-Level" müsabiqələrində və digər yarışmalarda iştirak edərək bir sıra diplom və sertifikatlarla təltif olunublar.

İstedadlı yeniyetmələr "Sabahın alimləri" IV Respublika müsabiqəsinə qatılıblar və "Nano-tel quruluşlu, birölçülü, topoloji kristalı əsasında mini-kondensatorun hazırlanması" mövzusunda layihə ilə iştirak ediblər. Nəticədə fizika və astronomiya nominasiyası üzrə  I yerə layiq görülərək bu ilin mayında ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçiriləcək İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik sərgisində iştirak etmək hüququ qazanıblar. Bu layihənin ərsəyə gəlməsində liseyin İKT üzrə direktor müavini  Aygün  Əzizova və AMEA-nın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Adil Abdullayevin uşaqlara böyük dəstəyi olub.

Nigar və Mədət  bacı-qardaşlarının  bu il Pittsburq şəhərində keçiriləcək sərgidə  mükafat qazanacaqlarına  şübhə yoxdur.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov