Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Təhsil Problemləri İnstitutunda ilk peşə-ixtisas təhsili ilə bağlı seminar-treninq keçirilib

 

Böyütmək üçün seçinTəhsil Problemləri İnstitutunda "İlk peşə - ixtisas təhsili üzrə mövcud təhsil standartlarının hazırlanması" mövzusunda seminar-treninq keçirilib. Tədbirdə TPİ-nin İlk peşə-ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov çıxış edib.

İlk peşə-ixtisas təhsilinin məzmunu, idarə olunması, maddi-texniki və tədris bazası, infrastrukturu, təhsilverənlərin keyfiyyət göstəriciləri, təhsilalanların bilik, bacarıq,  vərdiş  səviyyəsi  və  s. məsələləri əhatə edən təqdimatdan sonra seminar- treninq iştirakçıları mövzu ətrafında geniş müzakirə aparıblar. Mövcud ilk peşə-ixtisas təhsilinin məzmununda gələcəkdə ediləcək dəyişikliklər və əlavələr barədə rəy və təkliflər bildirilib.

Seminar-treninqə  ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları, tədris istehsalat işləri üzrə direktor müavinləri, metodbirləşmələrin sədrləri, ixtisas fənn müəllimləri, baş ustalar, istehsalat təlimi ustaları, institutun müvafiq şöbəsinin əməkdaşları və b. iştirak ediblər.  

TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov