Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil
məktəblərində daimi əsaslarla işləyən müəllimlərin
yerdəyişməsi ilə bağlı 2 mərhələli (1-ci mərhələ ixtisas
üzrə test tapşırıqlarının cavablandırılması, 2-ci
mərhələ müsahibə) müsabiqə elan edir. Qeyd edək ki,
müsabiqədə iştirak etmək istəyən müəllimlər
23.04.2015-01.05.2015-ci il tarixlərində
bakuedu.gov.az saytında göstərilən müvafiq ərizə
formasını dolduraraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə
təqdim etməlidirlər.
Nəzərə çatdıraq ki, yerdəyişmə üçün ərizə verən müəllim
təqdim olunmuş vakant yerlərdən maksimum 3 (üç) yer seçə
bilər.
Qeyd edək ki, vakant yerlərlə bağlı ətraflı məlumat
almaq istəyənlər
www.bakuedu.gov.az saytına
baxa bilərlər. |