Moskvada
gənclərin
"Lomonosov-2015"
Beynəlxalq
forumu
başa
çatıb.
M.V.Lomonosov
adına
Moskva
Dövlət
Universitetində
aprelin
14-17-də
keçirilmiş
forumda
MDU-nun
Bakı
filialının
tələbələri
də
fəal
iştirak
ediblər.
Bakı
filialının
tələbə
və
magistrlərinin
"Filologiya",
"Kimya", "Psixologiya"
və
"İqtisadiyyat"
bölmələrində
məruzələri
maraqla
qarşılanıb.
Filialın
riyaziyyat
və
kompüter
elmləri
fakültəsinin
magistratura
səviyyəsinin
I
kurs
tələbəsi
Əli
Vəliyevin
"Peyklərin
geostasionar
orbitə
çıxarılmasının
optimallaşdırılması",
filologiya
fakültəsinin
rus
bölməsinin
III
kurs
tələbəsi
Bəhruz
Səmədovun
"A.S.Puşkinin
"Yevgeni
Onegin"
poemasının
Azərbaycan
dilinə
iki
tərcüməsinin
təhlili",
iqtisadiyyat
fakültəsinin
III
kurs
tələbəsi
Məmməd
Əsgərovun
"Azərbaycan,
Rusiya
və
MDB-nin
digər
ölkələri
arasında
qarşılıqlı
hesablaşmalarda
milli
valyutaya
keçidin
problemləri
və
mümkün
həll
yolları"
mövzularında
məruzələri
forumun
ən
yaxşı
məruzələri
elan
olunaraq
fərmanlara
layiq
görülüb.
Universitetin
psixologiya
fakültəsinin
magistratura
səviyyəsinin
II
kurs
tələbəsi
İlahə
Güləliyevanın
"Tələbələrin
təhsil
uğurlarında
şəxsi
zəmin"
mövzusunda
araşdırması
isə
forumun
ən
aktual
tədqiqat
məruzəsi
elan
olunaraq
fərmanla
mükafatlandırılıb.
M.V.Lomonosov
adına
Moskva
Dövlət
Universitetindən
verilən
məlumata
görə,
builki
forumda
Rusiyanın
83
regionundan, 42
yaxın
və
uzaq
ölkədən
8500
gənc
iştirak
edib.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |