Prezident
İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin rektoru Pyotr Qlıboçkonu qəbul edib.
Pyotr Qlıboçko Bakıda gedən çox böyük inkişaf
proseslərinin onda dərin təəssürat yaratdığını
vurğuladı. O, ölkəmizin müvafiq strukturları ilə
əməkdaşlığa toxunaraq rəhbərlik etdiyi təhsil ocağında
xeyli sayda azərbaycanlı tələbənin uğurla təhsil
aldığını qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanda təhsilə dövlət
səviyyəsində böyük qayğının göstərildiyini qeyd edərək
bu sahənin ölkəmizin inkişafının əsas prioritetlərindən
biri olduğunu vurğuladı, gənc nəslin hərtərəfli inkişafı
istiqamətində, o cümlədən peşəkar tibb kadrlarının
yetişdirilməsi sahəsində ölkəmizdə genişmiqyaslı işlərin
həyata keçirildiyini bildirdi.
Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universiteti ilə Azərbaycanın müvafiq qurumları arasında
əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik
ifadə olundu.
AZƏRTAC |