Çexiyanin Teplitse şəhərində yeniyetmələr arasında cüdo
üzrə Avropa kuboku yarışlarında Azərbaycan millisi 4
medal qazanıb. Azərbaycan Cüdo Federasiyasının
məlumatına görə, cüdoçularımızdan İbrahim Bayramlı (50
kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (55 kq) və İsmayıl
İbrahimov (60 kq) bürünc medallara sahib olublar.
Paşa Əliyev (60 kq) və Nahid Amanov (73 kq) bürünc medal
uğrunda görüşlərdə məğlub olaraq turniri beşinci pillədə
başa vurublar. Avropa kuboku yarışlarında 33 ölkədən 687
cüdoçu birincilik uğrunda mübarizə aparıb. |