Azərbaycan gimnastı Ayşən Bayramova İtaliyanın Pesaro
şəhərində Dünya Kuboku ilə yanaşı keçirilən bədii
gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal
qazanıb. Gürzlərlə çıxış edən Ayşən Bayramova 3-cü yerdə
qərarlaşıb, 1-ci və 2-ci yerləri isə Rusiya və Belarus
gimnastları bölüşüblər. Komanda yoldaşı Zeynep Çelep isə
komanda hesabında 3-cü yerin bir neçə addımlığında
dayanıb. İlin əvvəlindən başlayaraq, çətin və maraqlı
çıxışları ilə bədii gimnastika sevərləri təəccübləndirən
yeniyetmələrdən ibarət komandamız çoxnövçülükdə
çıxışlarının nəticələrinə əsasən 5-ci yerdə qərarlaşıb.
Bunlarla yanaşı, Dünya Kubokunda Marina Durunda, Gülsüm
Şəfizadə və böyüklərdən ibarət komandamız da çıxış
ediblər. Hər 4 finala çıxmağa müvəffəq olan Marina
Durunda fəxri kürsüyə çıxmağın bir neçə addımlığında
dayanıb. |