Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

XV beynəlxalq futbol turniri başa çatıb

 

 "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər (RİOEUG) Futbol Məktəbinin U-15 komandası Rusiyanın Stavropol şəhərində XV ənənəvi beynəlxalq futbol turnirində iştirak edib.

Turnirə 19 nəfərlik heyətlə qatılan "Vətən"in komandası  bir həftə ərzində Rusiyanın müxtəlif şəhərlərini, o cümlədən Stavropol, Mahaçqala və Rostovu təmsil edən rəqiblərlə qarşılaşıblar.

İlk turda inamlı oyun nümayiş etdirən idmançılarımız qrup mərhələsini asanlıqla keçib. Yarımfinal mərhələsində "Vətən" "UOR Stavropol" komandasına penaltilər seriyasında qalib gələrək finala vəsiqəni təmin edib. Finalda "DUSŞ Stavropol" komandasına məğlub olan futbolçularımız turniri gümüş medalla başa vurub.

Komanda fərdi nailiyyətlərinə görə də mükafatlandırılıb. Məşqçi-müəllim Ramiz Əliyev "turnirin ən yaxşı məşqçisi", komanda üzvü Sultan Mustafayev "turnirin ən yaxşı yarımmüdafiəçisi" adına layiq gorülüblər. Turnirin təşkilatçıları tərəfindən komandaya xatirə hədiyyələri, idman geyimi və toplar təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov