Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Voleybol yarışının qalibləri mükafatlandırıldı

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında voleybol yarışı keçirilib.

Yarışın açılış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm yer tutduğunu və müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyduğunu vurğulayıb.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən S.Vəliyeva bildirib ki, ölkə başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasət öz müsbət nəticələrini verir. Qeyd edilib ki, bu gün dövlət tərəfindən idmançılara hərtərəfli şərait yaradılıb və onlar beynəlxalq yarışlarda ardıcıl qələbələr qazanaraq ölkəmizin nüfuzunu daha da artırırlar.

Çıxışlardan sonra yarışa start verilib. 21 məktəbin komandasının iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib. İki gün davam edən yarışda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən 32 nömrəli məktəb birinci, 220 nömrəli məktəb ikinci və 145 nömrəli məktəb isə üçüncü yerin qalibi olub.

Yarışın qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıblar.

Sonda yarışın qalibləri medal və diplomlarla mükafatlandırılıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov