Gəncə Dövlət Universitetinin alman dili kafedrasının
Almaniyanın ali məktəbləri ilə əlaqəsi getdikcə
möhkəmlənir. Kafedranın Almaniya səfirliyi ilə birgə
keçirdiyi tədbirlər bu işdə xüsusi rol oynayır.
Aprelin 8-də alman dili müəllimliyi ixtisasının
tələbələri ilə birlikdə universitetin II korpusunun
iclas zalında növbəti tədbir keçirilib. Tədbirin əsas
təşkilatçısı Tbilisidə yerləsən Höte Universitetinin
eksperti Stefan Yohann Şatzdır. Tez-tez Azərbaycan
universitetlərində, o cümlədən Gəncə Dövlət
Universitetində alman dilinin tədrisi ilə bağlı alman
dili müəllimləri və tələbələrlə görüşən mütəxəssis
onlara məsləhətlər verir, tədbirlərin həyata
keçirilməsində fəallıq göstərir.
Bu dəfə Almaniya səfirliyinin dəstəyi ilə məşhur "Rosi
və mətbəx monstrı" adlı kukla teatrının aktyorları Olaf
və Hannes Möller Hanoverdən universitetimizin qonağı
olub. Onlar tamaşa göstərməzdən əvvəl şəhərimizin
gözəlliyindən, insanların mehribanlığından ürəkdolusu
danışıb, səmimi qarşılandıqları üçün universitet
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bundan
sonra alman dili kafedrasının fəaliyyəti haqqında
slaydlarla təqdimat keçirilib.
Alman dilində göstərilən tamaşa tələbə və müəllimlərə
xoş təəssürat bağışlayıb.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |