Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Bakı Qida Sənayesi Kollecində xatirə turniri

 

Bakı Qida Sənayesi Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş və "Vətəni müdafiə etmək hər bir vətəndaşın borcudur" devizi altında müəllim və tələbələr arasında pnevmatik tüfəngdən güllə atıcılığı yarışı keçirildi.

"Atəş" komandası üzrə hər bir nəfər 5 güllə ilə atəş açmaqla mümkün olan 50 xal toplamalı idi.

Müəllimlər arasında (kişilər) kollecin tədris işləri üzrə direktor müavini Sadıq Məmmədov 42 xal toplayaraq birinci yeri tutdu. İkinci və üçüncü yerləri kollecin baş mühasibi Mübariz Əsgərov (41 xal) və şöbə müdiri Rəşad Abduləzizov (36 xal) bölüşdülər.

Qadınların yarışında kollecin kadrlar şöbəsinin müdiri Sürəyya Həsənova 34 xalla birinci yerə çıxdı. Sonrakı yerlərə texnik Vəsilə Mirzəyeva və operator Nərmin Vəliyeva çıxdılar.

Tələbələrin (oğlan və qızlar) yarışında Simran Saurxanov (573 qrup), Ramil Hüseynov (591 qrup), Elvin Məmmədov (573 qrup), Ülviyyə Balaqadaşova (575 qrup), Cəvahir Əhmədova (573 qrup) və Cahan Məhərrəmova (591 qrup) fərqləndilər.

Qaliblərə Bakı Qida Sənayesi Kollecinin diplomu verildi. 

Akif KƏRİMLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov