Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və  şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasına dair  tədbir

 

Böyütmək üçün seçinBakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə  mütaliə vərdişlərinin təkmilləşdirilməsi və  şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasına dair tədbir keçirilib. Tədbirdə  Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin nümayəndəsi,   məktəb  direktorları, yazıçılar və digər  qonaqlar iştirak ediblər.

Tədbir  iştirakçıları öncə məktəbin foyesində  təşkil olunmuş şagirdlərin  əl işlərindən  ibarət sərgiyə  baxıb,  müəllimlərin dərs  keçdiyi sinif otaqlarında olublar.

Sonra yuxarı sinif şagirdlərinin iştirakı ilə   İsmayıl Şıxlının "Dəli Kür", Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərlərinin  müzakirəsinə həsr olunan "dəyirmi masa"  keçirilib. Şagirdlərdən Firəngiz Məmmədova, Lalə Sadıqova, Firdus Kərimzadə, Azər  Məmmədov, Fazil  Babayev "dəyirmi masa"da fəal iştirak ediblər.

Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin   prorektoru Validə  Məmmədova, İsmayıl Şıxlının "Dəli Kür"  tamaşasının iştirakçısı, aktrisa Zenfira Sadıqova və başqaları  əsərlərin müzakirəsində   öz fikir və tövsiyələrini  bildiriblər.

Sonra ibtidai sinif şagirdlərinin iştirakı ilə Oskar Uayldın "Zvyozdnıy malçik", Qenrix Malonun "Bez semyi",  Aleksandr Belyayevin "Amfibiya  adam" əsərlərinə aid   hazırlanmış  ədəbi-bədii kompozisiya   nümayiş etdirilib.

Tədbirdə iştirak edən  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva    keçirilən müzakirə və nümayiş olunan kompozisiyanın tərbiyəvi əhəmiyyətindən  ətraflı danışıb və bu cür tədbirlərin  başqa məktəblərdə  keçirilməsinin vacibliyini vurğulayıb. 

Sonda  məktəbin direktoru Ceyran Kuliyeva  tədbirdə iştirak edən  bütün iştirakçılara pedaqoji kollektiv   adından  minnətdarlıq edib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov