Rusiya
Federasiyasının Ural Federal Universitetində (UrFU)
fəaliyyət göstərən, Bakı Slavyan Universiteti tərəfindən
yaradılmış Azərbaycanşünaslıq Mərkəzində
"Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda
gənclərin elmi konfransı keçirilib. Xatırladaq ki,
Mərkəz 2014-cü ildən fəaliyyətə başlayıb. Yaradıldığı
vaxtdan etibarən qısa müddət ərzində Mərkəz görkəmli
alim, professor A. G. Nesterovun rəhbərliyi ilə bir çox
nailiyyətlər əldə edib. Qeyd edək ki, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə UrFU-da
Azərbaycan multikulturalizmi fənni tədris olunur.
Ural Federal Universitetinin Azərbaycanşünaslıq
Mərkəzində təşkil olunmuş elmi konfrans may ayında
BSU-da keçiriləcək beynəlxalq konfransın bir bölməsidir.
Təşkilat Komitəsinin qərarı ilə bu tədbirdə fəal iştirak
etmiş altı nəfər rusiyalı tələbə Bakıda keçiriləcək
beynəlxalq konfransda iştirak etmək üçün dəvət alıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |