Aprelin
13-14-də Rusiya Federasiyası (RF) hökuməti yanında
Maliyyə Universitetində "Davamlı energetika və yaşıl
maliyyə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Ümumrusiya Azərbaycan Konqresinin və RF Maliyyə
Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda
Azərbaycan Dövlət Neft Akademiyasını Qaz-neft mədən
fakültəsinin III kurs tələbəsi, Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı sədrinin müşaviri Nurxan
Babayev təmsil edib. N.Babayev konfransa elmi işini
təqdim edib. Rusiyanın elm və təhsil ictimaiyyəti
azərbaycanlı tələbinin çıxışını müsbət qarşılayıb.
Alimlərin rəyinə əsasən, Nurxan Babayev müxtəlif
ölkələrin 50-yə yaxın tələbə və gənc alimləri arasından
seçilərək "Ən uğurlu təqdimatçı" hesab edilib və eyni
adda diplomla təltif olunub.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |