Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunda (ARTPİ)
"Təhsilin idarə olunması və beynəlxalq münasibətlərin
inkisafında təhsilin önəmi" mövzusunda beynəlxalq
seminar keçirilib.
İnstitutun Gənclərin Beynəlxalq Karyera və
İxtisasartırma Mərkəzi ilə birgə təşkil etdiyi
beynəlxalq seminar İstanbul Bilgi Universitetinin
qurucusu və sabiq rektoru, dünyada üç fərqli
universitetə rəhbərlik etmiş tək professor, hazırda San
Diyego Dövlət Universitetinin professoru və
rektorluğunun məsul şəxsi Prof. Dr. Halil Güven
tərəfindən aparılmışdır.
Seminara qatılan bütün qonaqları salamlayan TPİ-nin
direktoru Qulu Novruzov rəhbərlik etdiyi institutda
mütəmadi olaraq təhsillə və müasir yeniliklərə dair
müxtəlif səpgidə seminarların keçirildiyi və təhsil
işçilərinin də daim bu təlimlərə yüksək maraq
göstərdiyini söyləyib.
Qulu Novruzov seminarı aparacaq Prof. Dr. Halil Güven
barədə məlumat verərək, təhsil işçilərini seminarın
gedişatı zamanı aktiv olmağa və öz təşəbbüsləri ilə
çıxış etməyə dəvət edib.
Daha sonra Prof. Dr. Halil Güven "Təhsilin idarə
olunması və beynəlxalq münasibətlərin inkisafında
təhsilin önəmi" mövzusunda seminar keçirib. O, müasir
dövrdə texnologiyanın çox yüksək vüsətlə inkişaf etdiyi
bir dönəmdə təhsilin də bu inkişafla bərabər dəyişməsinə
təsir etdiyini bildirdi. Təhsilin inkişafı tempində
təhsil işçiləri arasında yeni liderlərin yetişməsindən,
hər bir təhsil işçisinin, sinifdə şagirdlərin qarşısında
olan müəllimin artıq ilkin liderlik xüsusiyyətinin
daşıyıcısı olduğunu vurğulayıb. Müəllimin sinfin idarə
olunmasından, ümumi, orta və ali məktəbin idarə
olunmasında beynəlxalq münasibətlərin yaradılması
yollarından, bu münasibətlərin qurulmasında ünsiyyət
bacarıqlarının köməkliyindən, peşə və ixtisas seçimində
şagirdlərin sərbəst seçim etməsinə yardımçı olmalarından
söhbət açıb. Seminar boyu Prof. Dr. Halil Güven xüsusi
hazırlanmış slaydlar vasitəsilə müəllimlərə təhsilin
idarə olunması və beynəlxalq münasibətlərin qurulması
zamanı nələr etməli olduqlarını izah edib. Seminarın
sonunda Halil Güven mövzu ilə bağlı sualları
cavablandırıb.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin
təşkilatçılığı ilə baş tutan beynəlxalq seminarda
institutun rəhbərliyi, məktəb, bağça, tədris
mərkəzlərinin rəhbərləri, ali təhsil müəssisələrinin elm
adamları, Azərbaycanın şəhər və bölgələrindən gələn
təhsil işçiləri, doktorant və dissertantlar, institutun
əməkdaşları iştirak ediblər.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |