Aprelin 17-də akademik Zərifə Əliyeva adına liseydə
şagirdlərin elmi layihələrinin sərgisi və təqdimatı
mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin,
ARDNŞ-in, Azərbaycan Milli Elmlər Akademiyasının,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənc
Mühəndislər İctimai Birliyinin əməkdaşları, o cümlədən
özəl kompaniyaların rəhbərləri və nümayəndələri iştirak
ediblər. Sərgidə liseyin nəzdində fəaliyyət göstərən
"Kiçik akademiya"da məktəblilərin müxtəlif
kateqoriyalar üzrə hazırladıqları layihələr nümayiş
etdirilib. Məqsəd "Kiçik akademiya"da görülən işlərlə
bərabər sərgiyə dəvət edilmiş nazirlik, şirkət və
komitələrlə çoxşaxəli əməkdaşlıq etməkdən ibarət idi.
Sərgidə "Kiçik akademiya" həm də yeni ideyalarla çıxış
edib və bununla da gələcəkdə həyata keçirilməsi nəzərdə
tutulan digər layihələrin əsası qoyulub.
Layihələrin sərgisi başa çatdıqdan sonra şagirdlər
hazırladıqları konsert proqramı ilə çıxış ediblər.
Onların məharətli ifaları qonaqlarda xoş ovqat yaradıb.
Çıxış edən qonaqlar şagirdlərin elmi layihələrini
dəyərləndirərək onlara gələcək işlərində uğurlar
arzulayıblar.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |