Naxçıvan Dövlət Universitetində tarix, filologiya və
beynəlxalq münasibətlər fakültələri arasında onlayn
bağlantı təşkil olunub. Universitetin rektoru, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmovun da iştirak etdiyi onlayn
bağlantıya, ingilis dili və jurnalistika ixtisasında
təhsil alan tələbələr, həmçinin koreyalı və gürcü
tələbələr də qatılıblar.
Onlayn bağlantının sonunda çıxış edən universitetin
tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə
doktoru, dosent Surə Seyid bildirib ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun
"Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində
elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər
haqqında" sərəncamı təhsil müəssisələrində virtual
tədris mühitinin formalaşdırılmasına, elmin inkişafına,
gənclərin hərtərəfli təhsil almasına səbəb olub.
Universitetdə onlayn bağlantıların keçirilməsinin də bu
baxımdan vacibliyini nəzərə çatdıran natiq, bu cür
tədbirlərin universitetdə davamlı təşkil olunacağını
vurğulayıb.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |