Azərbaycan
Respublikası
Təhsil
Nazirliyi
və
Macarıstan
İnsan
Resursları
Nazirliyi
arasında
11
noyabr 2014-cü
il
tarixində
imzalanmış
İş
Proqramına
uyğun
olaraq,
2015-2016-cı
tədris
ilində
Macarıstan
ali
təhsil
müəssisələrində
Azərbaycan
Respublikası
vətəndaşlarının
təhsil
alması
üçün
200
yer
ayrılıb.
Proqrama
əsasən,
tam
bakalavriat
və
magistratura
üzrə
kənd
təsərrüfatı,
su
idarəetməsi,
təbiət
elmləri,
davamlı
inkişaf,
tibb
elmləri,
turizm,
mühəndislik,
informasiya
texnologiyaları,
texnologiyalar,
iqtisadiyyat,
biznes
və
idarəetmə
elmləri,
doktorantura
təhsili
üzrə
istənilən
maraq
dairəsi
çərçivəsində
təqaüdlər
təklif
edilir.
Ayrılan
kvota çərçivəsində
təhsil
ödənişsizdir.
Universitet
yataqxanasında
yaşayış,
tibbi
sığorta,
aylıq
təqaüd
Macarıstan
tərəfindən
qarşılanır.
Macarıstan
ali
təhsil
müəssisələrində
kvota çərçivəsində
təhsil
alacaq
tələbələrin
seçimi
Azərbaycan
Respublikası
Təhsil
Nazirliyi
tərəfindən
həyata
keçirilir.
Maraqlananlar
əlavə
olunmuş
elandakı
şərtlərlə
tanış
ola
bilərlər.
(www.xaricdetehsil.edu.gov.az) |