Məktəblilər
arasında ümummilli lider Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümünə həsr olunmuş inşa
müsabiqəsinin respublika mərhələsi keçirilib.
Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseydə
keçirilən müsabiqənin respublika mərhələsinin açılış
mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin
Qurbanov məktəblilər arasında vətənpərvərlik ruhunun
yüksəldilməsində belə tədbirlərin əhəmiyyətini
vurğulayıb. Nazir müavini qeyd edib ki, ümummilli lider
Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr
olunmuş inşa müsabiqəsi artıq 9-cu dəfədir təşkil olunur.
Xatırladaq ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif
şagirdlərinin, ilk peşə-ixtisas və orta ixtisas təhsili
müəssisələri şagirdlərinin iştirak etdiyi müsabiqənin
rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb. Bu
mərhələdə 15 min nəfərdən artıq şagird iştirak edib.
Müsabiqənin respublika mərhələsinin 109 iştirakçısından
12 nəfəri VIII, 20-si IX, 29-u X, 28-i XI sinif
şagirdləridir. İlk peşə-ixtisas təhsili müəssisələrindən
və orta ixtisas təhsili müəssisələrindən olan
iştirakçıların sayı isə 20 nəfərdir.
Müsabiqə qaliblərinin inşa yazıları kitab şəklində çap
olunacaq. |