Bakıdakı 60 nömrəli tam orta məktəbdə siniflərarası cüdo
idman növü üzrə yarış keçirilib. Təhsil ocağından
aldığımız məlumata görə, yarış 2, 3 və 6-cı sinif
şagirdləri arasında 24 və 34 kq çəki dərəcələrində
aparılıb. Məktəbin fiziki tərbiyə müəllimi Müşfiq
Ələkbərov tərəfindən idarə olunan yarışda 24 kq çəki
dərəcəsində 2 "c" sinfindən İmran Qarayev I yer, 3 "b"
sinfindən Samir Əzimli II yer, 2 "n" sinfindən isə
Ağalar İbrahimli və Xaspolad Tutayuk III yerə layiq
görülüblər. 34 kq çəki dərəcəsində isə 6 "c" sinfindən
Rəvan Məlikov I yer, 6 "a" sinfindən Nicat Quliyev II
yer, 3 "a" sinfindən Eldar Əliyev III yerin qalibi
olublar. Qaliblərin mükafatlandırılması mərasimində
iştirak edən məktəb rəhbərliyi və valideynlər yarışda
fərqlənən şagirdləri təbrik edib onlara uğurlar
arzulayıblar. Mərasimin sonunda qaliblərə diplom və
mükafatlar təqdim olunub.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"
r.ziyadov@muallim.edu.az |