Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Kross qaçışı üzrə Bakı çempionatı

 

 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən kross qaçışı üzrə Bakı çempionatı keçirilib.

BŞGİBİ-dən aldığımız məlumata görə, Bakı Dövlət Cıdır Meydanında keçirilən yarışda 92 idmançı mübarizə aparıb. Onlardan 33-ü qadındır.

Nəticələrə görə qadınlar arasında Aida Hacıyeva (1 kilometr), Özləm Əmircanova (2 kilometr), Günel Vəliyeva (6 kilometr), Rəqsanə Rəcəbli (8 kilometr), kişilər arasında Tural Sadıqlı (12 kilometr), İlham Abışov (2 kilometr), Nail Rzayev (3 kilometr), Andrey Aranoviç (8 kilometr) birinci yerə layiq görülüblər.

Komanda hesabında "Təhsil" Respublika İdman Mərkəzi  birinci, 5 nömrəli  İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ikinci, "Neftçi" isə üçüncü yeri tutublar.

İlk üç yeri tutan idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov