Aprelin
3-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən
Respublika Şahmat Mərkəzində 2007-ci il təvəllüdlü (8
yaşadək) və ondan kiçikyaşlı oğlanlar və qızlar arasında
keçirilən şahmat üzrə Bakı şəhər birinciliynə start
verilmişdir. Yarışda 1 nömrəli İOEUGŞDİM, 2 nömrəli
UGŞİM, 3 nömrəli UGŞİM, 19 nömrəli UGİM, RİOEUGŞM,
HİRŞDK, "Neftçi" İK İB, "Əlifba" UTE, "Aura" İK və
Respublika Şahmat Klubunu təmsil edən 62 nəfər idmançı
(onlardan 30 nəfəri qızlardır) iştirak edir. Yarışlar
beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin
rəhbərliyi ilə İsveçrə sistemi üzrə keçirilir. Yekun
nəticələrə əsasən oğlanlar və qızlar arasında ilk 5 yeri
tutmuş idmançı may ayında keçiriləcək respublika final
mərhələsinə vəsiqə qazanacaq. |