Hüseyn
Hacıyev 2003-cü ildə Bakıda anadan olub. Yaşıdlarından
öz ağlı, zəkası, maraq dünyası ilə seçilən Hüseyn üç
yaşında sərbəst oxumağı və riyazi tənlikləri həll etməyi
bacarıb. 2009-cu ildə Bakı Avropa Liseyinin birinci
sinfinə daxil olub və ilk günlərdən liseyin ictimai
işlərində fəal iştirak edib, dərslərindən əla qiymətlər
alıb.
2013-cü ildə Hüseyn ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyi münasibətilə Bakı
Avropa Liseyində keçirilən riyaziyyat olimpiadasında I
yeri tutub. Həmin ildə liseyin Gənc Eruditlər klubunun
elmi-praktiki konfransına təqdim etdiyi "İnformasiya və
kommunikasiya texnologiyalarının təhsildə rolu" adlı
elmi işi I yerə layiq görülüb.
2013-cü ildə yeniyetmə təhsil aldığı liseyin ICT
Masters Organization təşkilatının Junior master
səviyyəsinə üzv seçilib. Həmin təşkilatın təşəbbüsü ilə
keçirilən bütün tədbirlərdə, həmçinin inklüziv təhsil
alan uşaqlar üçün təşkil olunan vebinarlarda fəal
iştirak edib. Qeyrı-adi istedad sahibi olan Hüseyn
2013-cü ilin dekabrında "Microsoft Azerbaijan"
şirkətinin təşkil etdiyi müsahibəni də uğurla başa
vurub. Bakı Expo Mərkəzində keçirilən "BakuTel-2013"
sərgisində (Telekommunikasiya və İnformasiya
Texnologiyaları adlı XIX Beynəlxalq sərgi) demo
promouteri seçilib və "Microsoft Azerbaijan" şirkətinin
Ən gənc və fəal Windows eksperti sertifikatına sahib
olub. Hüseyn Bakı Avropa Liseyinin ICT masters
organization təşkilatının advanced master səviyyəsinə
keçirilib. O, 2014-cü ildə keçirilən UNESCO LFF layihəsi
çərçivəsində Digital Learning Weeks in Baku European
Lyceum adlı vebinarda iştirakı üçün sertifikat alıb.
Həmçinin həmin ildə Hüseyn Qloballab (UNESCO)
layihəsində də fəal iştirak edərək qalib olub. Onlardan
biri "Qloballab yay ekspedisiyası 2014" idi. Bu layihədə
Hüseyn kompüterində video, audio və qrafik ilə işləmə
bacarıqlarını nümayiş etdirib. Bakı Avropa Liseyinin "Baku
Junior Einsteins" komandası ilə birgə birinci yeri tutub
və "Qloballab yay ekspedisiyası 2015" layihəsinin siması
seçilib. 2014-cü ildə Qloballab (UNESCO) layihəsi
çərçivəsində Qloballab ekspedisiyasının nəticələri adlı
vebinarda iştirak edərək sertifikat alıb.
İstedadlı yeniyetmə eyni zamanda təsviri incəsənət,
musiqi və rəqs ilə məşğul olur. Bakıdakı 33 nömrəli
musiqi məktəbinin fortepiano şöbəsində təhsil alır.
2014-cü ildə Toyota şirkətinin təşkil etdiyi "Toyota
Dream Car Art Contest" adlı müsabiqəyə qatılan paytaxt
məktəblisi ən yaxşı ideya diplomu ilə təltif olunub.
Yeniyetmə "Fine Colors" adlı beynəlxalq uşaq yaradıcılıq
festivalında da uğurla iştirak edərək II yerə layiq
görülüb.
Hazırda Hüseyn Bakı Avropa Liseyinin Kiçik Elmlər
Akademiyasının XX konfransına təqdim etmək üçün
"Təhsildə proqramlaşdırmanın rolu" mövzusunda elmi işlə
məşğul olur və bal sistemi ilə şagirdlərin
qiymətləndirilməsi ilə bağlı liseyin müəllimləri üçün
proqram hazırlayıb. |