Tahirə
Tağıyeva 1999-cu ildə Bakıda anadan olub. Hazırda Bakı
Avropa Liseyinin IX sinfində təhsil alır. Bir çox
uğurlara imza atan yeniyetmə 2011-ci ildə Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq
şöbəsində əlaqələndirici şuranın üzvü seçilib.
Azərbaycan uşaqlarının II Ümumrespublika forumunda
moderator kimi iştirak edib. 2006-cı ildə Azad
Azərbaycan Teleradio yayım şirkəti tərəfindən keçirilən
"Çıraq" musiqi müsabiqəsində III yerə və ATV-nin
mükafatına layiq görülüb.
T.Tağıyeva "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin "Mənim qədim şəhərim" mövzusunda təşkil
etdiyi müsabiqədə diplom və sertifikata layiq görülüb.
Tahirənin uğurları bununla bitmir. O, 2009-cu ildə
BMT-in İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən
"Mənim insan hüquqlarım" mövzusunda keçirilən rəsm
müsabiqəsinin fəxri fərmanı ilə təltif edilib.
2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film
Fondu tərəfindən keçirilən "Mən kino çəkirəm" rəsm
müsabiqəsinin diplomuna layiq görülüb.
2012-ci ildə keçirilmiş VI İNEPO Avrasiya
olimpiadasında ölkə təmsilçisi kimi sertifikat qazanıb.
Həmin ildə Türkmənistanda keçirilmiş beynəlxalq rəsm
müsabiqəsinin sertifikatına, 2013-cü ildə Azərbaycan
Dövlət Rəssamlıq Akademiyası tərəfindən Bakıda keçirilən
"Saf rənglər" I Beynəlxalq Uşaq Yaradıcılıq Festivalında
diploma layiq görülüb. |