Hacı Tofiq SEYİDZADƏ,
Sədərək məktəbinin məzunu
Naxçıvan
Muxtar Respublikasının Sədərək rayonunda 3 tam
və 1 ümumi orta məktəb fəaliyyət göstərir.
Onlardan biri Sədərək kənd orta məktəbidir.
Məktəb qədim tarixə malikdir. Belə ki, onun
əsası 1893-cü ildə qoyulub. Həmin il kənd
məscidindəki bir otaqda mədrəsə açan müctəhid
Qara Mirkazım Seyid 13 il bu mədrəsədə
işləmişdır. 1893-cü ildə həmin mədrəsədə Hacı
Həsən, Hacı Mehdi, Kərbalayi Qasım, Səfəralı
oğlu Məhərrəm, Mirəziz Seyidov, Baba
Seyidov dərs almışlar. Məktəb1896-cı ildən
rus-tatar məktəbi kimi fəaliyyətini davam
etdirmişdir.
1916-cı ildə sədərəkli Rza Bəyzadə Qori
Müəllimlər Seminariyasını bitirib doğma kəndi
Sədərəyə dönərək öz evində bir otaqlı sinifdə
dərs demişdir. 2 il sonra - 1918-ci ildə Sədərək
erməni təcavüzkarlarının hücumuna məruz qalmış,
adamlar doğma kənddən didərgin düşərək İranda
sığınacaq tapmışlar. Rza Bəyzadə isə Gürcüstana
getmişdir. O yalnız 1923-cü ildə Sədərəyə
dönmüşdür. O illərdə kənd sovetinin sədri olan
Həsən Şahverdiyev Sədərəkdə maarifin inkişafında
fəal rol oynamışdır. Belə ki, Həsən Şahverdiyev
öz evində Rza Bəyzadəni şagirdlərə dərs
keçməsini təşkil etmiş, öz oğlu Qulu, eləcə də
Ələkbər Sadıqov, Həsən Qasımov, Vəli Hacıyev və
Cəlil Əliyev məktəbin ilk şagirdlərindən
olmuşlar. Həsən Şahverdiyevin təşəbbüsü və
köməyi ilə 1928-29-cu illərdə Sədərəkdə ilk
məktəb binasının təməli qoyulub. Bu işdə Həsən
Şahverdiyevlə yanaşı, Mirqafar Seyidovun,
Həsənqulu Hacıhəsən oğlunun, Nəcəf Əliyevin,
Həsən Qasımovun, Zellabdı Əsədovun və İbrahim
Hacıhüseyn oğlunun da mühüm xidmətləri olub.
1928-29-cu illərdə işə başlayan Sədərək kənd
natamam orta məktəbində ilk müəllimlərdən Rza
Bəyzadənin, Əhməd Rəsulovun, Tovuz Əsgərovanın,
Molla Vəlinin, Nargilə Kələntərlinin, Firuzə
Kələntərlinin, Zellabdı Hüseynovun, Heydər
Sadıqovun, Behbud Şahtaxtinskinin, Hüseyn
Hüseynovun, Hüseyn İbrahimovun (yazıçı), Eli
Haşımovun, bir az sonra işləmiş Əli Əliyevin,
Abbas Sadiqovun, Şuşa Həsənovanın, Laləzər
Hüseynovanın, Xəlil Sadıqovun və Sultan
Qədimovun adları bu gün də iftixarla çəkilir.
Məhz belə qiymətli və əvəzsiz xidmətləri olan
müəllimlər təbaşir əvəzinə kömürdən, lövhə
əvəzinə parçadan istifadə edərək bir xalq
müəllimləri kimi ömürlərini şagirdlərin yolunda
şam kimi əritmişlər. Bu baxımdan ulu öndər
Heydər Əliyevin lMüəllimlər həmişə xalq,
insanlar arasında, ictimaiyyətdə hörmət, ehtiram
qazanmışlar. Müəllim adı şərəflidir. Vətənə,
xalqına bağlı olan hər bir adam müəllimini
həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad
edir» sözlərini bu müəllimlərə də aid etmək olar.
Sədərək
natamam orta məktəbinin ilk məzunları Məmməd
Seyidov, Pənah Əli oğlu Əsədov, Cəfər Cəfərov,
İbrahim Babayev, Allahverən Məmmədov, Abdulla
Axundov, Yusif Əbilhəsənov olmuşlar. Sonra isə
Xəlil Sadıqov, Sultan Qədimov və Əli İsmayılov
Naxçıvan Müəllimlər İnstitutuna daxil olmuş və
ali təhsil alaraq Sədərək məktəbində müəllimlik
etmişlər.
1948-49-cu illərdə Naxçıvan MSSR maarif
nazirinin sərəncamı ilə Sədərək yeddiillik
məktəbi orta məktəbə çevrilmişdir.
1950-ci il Sədərək məktəbinin tarixinə yüksəliş
ili kimi daxil olub. Belə ki, həmin ildə Sədərək
orta məktəbini 26 nəfər məzun bitirib.
1960-cı illərdə Sədərək məktəbinin məzunlarının
sayı artdıqca, məktəbdə xeyli irəliləyiş olub.
Yəni Sədərək məktəbinə ali təhsil almış Sultan
Məmmədov, Tağı Əliyev, Vəli Kərimov, Tofiq
Seyidov, Bayram Rzayev, Sabir Tağıyev, Teymur
Quliyev, Əli Əliyev, Vilayət Həsənov, Vaqif
Abdullayev, Əhməd Sədərəkli, Qadir Rəhimov,
Novruz Əlirzayev, Əmir İbrahimov, Şəfı İbrahimov,
Nüşabə Əsədova, Paşa Əbilov, İsa Əliyev,
Qələndar Məmmədhəsənov, Novruz Cəfərov, Sultan
Rzayev, Allahverdi Babayev, Kamil Mehdiyev,
Vaqif Məmmədov kimi müəllimlər gələrək doğma
məktəblərində işləyiblər. Onlar gənc nəslin
təlim-tərbiyəsi yolunda öz müəllimlərinin
ənənələrini şərəflə davam etdiriblər.
1976-cı ildə Sədərək məktəbinin tarixinə, demək
olar ki, qızıl hərflərlə yazılıb. Belə ki, həmin
il Sədərək məktəbi üç məktəbə çevrilib. Onlardan
biri olan Sədərək 1 nömrəli məktəbə o vaxt
Bayram Abdullayev direktor təyin edilmişdir.
Sədərək məktəbinin qazandığı uğurlara görə bir
çox müəllimlərə fəxri adlar verilmiş, məktəbin
rus dili müəllimi Venera Məmmədova SSRİ Ali
Sovetinə deputat seçilmişdir. Məktəb təzə binaya
köçürülmüş, burada zəngin tarix-diyarşünaslıq
muzeyi yaradılmışdır.
Sədərək orta məktəbinin müəllimlərindən gənc
nəslin təlim-tərbiyəsi sahəsində qazandıqları
uğurlara görə 11 nəfəri Azərbaycanın və Naxçıvan
MR-in əməkdar müəllimi fəxri adına, 9 nəfəri
"Tərəqqi" medalına, 2 nəfər metodist müəllim, 2
nəfər baş müəllim adına layiq görülüb. 2 nəfər
sədərəkli məzun SSRİ XTNS-nin gümüş medalı, 4
nəfəri Naxçıvan MSSR Ali Soveti Rəyasət
heyətinin Fəxri fərmanı, bir neçə müəllimi
Azərbaycan və Naxçıvan maarif nazirliklərinin
fəxri fərmanları ilə təltif olunub. Bunlardan
başqa, məktəbin məzunlarından 2 nəfər SSRİ Ali
Sovetinə, 2 nəfər Azərbaycan Respublikasının və
12 nəfər Naxçıvan MR-in ali sovetlərinə deputat
seçilmişlər. Bir nəfər isə Azərbaycan Dövlət
mükafatı almışdır. Sədərək məktəbinin
məzunlarından 5 nəfəri professor, 24 nəfəri
elmlər namizədidir. Xatırladım ki, məktəbin iki
dəfə "Lenin" ordeni ilə təltif olunan məzunu da
var.
Sədərək orta məktəbində 14 il direktor işləmiş
əməkdar mədəniyyət işçisi Vaqif Məmmədov və
ustad müəllimlərin işini ləyaqətlə davam etdirən
Tofıq Seyidovun, eləcə də Samil Kazımov,
Məhərrəm Seyidov, Əmir İbrahimov, Yaşar Hacıyev
kimi məktəb direktorlarının, təhsil şöbəsinin
müdirləri Əli Abbasovun, Sabir Tağıyevin, Sultan
Rzayevin adlarını iftixarla çəkmək olar. Qocaman
müəllimlərdən Teymur Quliyev, Şəfı İbrahimov,
Arif Həmzəyev, Allahverdi Babayev, Yalçın
Bayramzadə, Sabirə Əliyeva, Nizami Qədimov,
Elxan Cəfərov, Eyvaz Əliyev və başqaları öz
işlərini bu gün də ləyaqətlə davam etdirirlər.
Başqa kənd və rayonlardan gəlmiş müəllimlərdən
İlyas Səfıyevin, Nemət Novruzovun, Abuzər
Sadıqovun, Qəzənfər Abdullayevin, Mirabdulla
Seyidovun, Bəhlul Hacıyevin, Zülfüqar Hacıyevin,
Əliyar Yusiflinin, Firudin Xudiyevin, Hüseyn
Hüseynovun, Abbasəli Bağırovun, Adil və Lətifə
Fərəcovların, Bəhlul Şaxtaxtinskinin, Əminə və
Mehdi Nəcəfovların da Sədərək məktəbinin
inkişafında xüsusi xidmətləri olub. Onlar
Sədərək məktəbinin ən çətin dovründə müəllim
kimi gecələrini gündüzə qataraq sədərəkli
balalara dərin bilik vermişlər.
Böyük qürurla qeyd etməliyəm ki, Sədərək kənd
orta məktəbi qədim təhsil ocağı olmaqla, həm də
dəyanət məktəbidir. Bu məktəbdə gənclərin
vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan
rəngarəng tədbirlər keçirilir. Məktəbin
məzunlarından həm Böyük Vətən müharibəsində, həm
də 1990-cı ildə Sədərək torpağına hücum edən
ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıq
göstərmiş və şəhid olmuş 109 nəfərin 48-i
Sədərək məktəbinin məzunları olub. Müəllimlər
belə məzunları ilə fəxr edir.
Sədərək tam orta məktəbində bu gün 112 müəllim
öz fəaliyyətini davam etdirir. Onlar öz əziz
müəllimlərinin işinə sadiqdirlər.
Bu gün Sədərək məktəbinin pedaqoji kollektivi bu
tədris ocağının yubileyini qeyd etmək
arzusundadır. Bu yubiley tədbiri biz məzunları
çox sevindirər. |