Aprelin 6-da Gəncə Dövlət Universiteti xarici dillər
fakültəsinin alman dili kafedrasının təşəbbüsü ilə
"alman dili müəllimliyi" ixtisasının tələbələri "Uşaq
evinə yardım" aksiyası keçiriblər. Kafedranın baş
müəllimi Vüsalə Kərimovanın təşkilatçılığı ilə baş tutan
aksiyada məqsəd toplanan pul vəsaitini körpələr evinə
vermək, uşaqları hədiyyələrlə sevindirmək idi.
Aksiyada "alman dili müəllimliyi" ixtisasının
tələbələrindən Fidan Yusibova, Fəridə Əliyeva, Gülnara
Ələsgərzadə, Türkan Qəribova, Vəsilə Əmirova, Leyla
Orucova, Səbinə Allahyarova, Fəridə Abbasova xüsusilə
fəallıq göstəriblər.
Aksiyadan sonra müəllim və tələbələr uşaq evinə baş
çəkib, gəlişləri ilə onlara hədsiz sevinc bəxş ediblər.
Uşaqlarla birgə şənlənən müəllim və tələbələr xatirəsi
unudulmayacaq bir gün yaşayıblar.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |