Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Qafqaz Universiteti dünyanın aparıcı universitetləri xəritəsində

 

Qafqaz Universiteti Harvard Universiteti ilə əməkdaşlıq çərçivəsində həmin universitetin Dünya Ədəbiyyatı İnstitutunun üzvü seçilib. Təşkilatın üzv universitetləri arasında ABŞ-ın Prinston, Yel, Kolumbiya, Miçiqan, Vanderbilt universitetləri, İngiltərənin Warwick, Durham universitetləri, Almaniyanın Heydelberq və Lüdviq Maksimilians universitetləri, Kanadanın Toronto, Konkordiya, Simon Freyzer və York universitetləri, İsrailin Hebru, Yerusalim universitetləri, Yaponiyanın Tokyo, Avstraliyanın Monaş və Milli universiteti, Danimarkanın Kopenhagen Universiteti, İsveçin Stokholm Universiteti, Çinin Fudan və Honq-Konq Universiteti yer alır.

Əməkdaşlıq çərçivəsində üzv universitetlərin müqayisəli və dünya ədəbiyyatı kafedralarının əməkdaşları beynəlxalq simpoziumlar həyata keçirir, konfranslarda qloballaşan dünyanın ədəbi məsələlərinin müzakirəsini aparır, dünya ədəbiyyatı kurslarının tədrisi metodologiyalarını araşdırırlar. Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı müəllimliyi kafedrası da yuxarıda adları çəkilən universitetlərin dünya və müqayisəli ədəbiyyat institutları və mərkəzləri ilə rəsmi əməkdaşlıq edir.

Harvard Universitetinin Dünya Ədəbiyyatı İnstitutunun növbəti akademik tədbiri Portuqaliyanın Lissabon şəhərində keçiriləcək. Qafqaz Universitetinin də əməkdaşları artıq bu tədbirə dəvət alıblar. 

Ceyhun VƏLİYEV,
Qafqaz Universiteti Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov