Azərbaycanda səfərdə olan Moldovanın ombudsmanı Aureliya
Qriqoriu və Moldova İctimai Palatasının sədri Dmitriy
Qriqoriu Bakının Sahil qəsəbəsindəki 228 nömrəli tam
orta məktəbin qonaqları olublar.
Məktəblə tanış olduqdan sonra moldovalı qonaqların
məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşü
keçirilib.
Görüşdə məktəbin direktoru Azər Ələkbərov Azərbaycanda
həyata keçirilən işlər, Prezident İlham Əliyev və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə
qayğısı və göstərdikləri diqqət barədə danışıb.
Moldovalı ombudsmanın Azərbaycanın haqq işinin müdafiə
etməsini xatırladan görüş iştirakçıları onun təcavüzkar
Ermənistan dövlətinin yalanlarının dünyaya yayılmasına
dəstəyini yüksək qiymətləndiriblər.
Aureliya Qriqoriu işğal olunmuş Azərbaycan ərazilərində
soyqırım hadisələri törədən erməni silahlılarının və
onların havadarlarının tezliklə ədalət mühakiməsində
cavab verəcəklərinə inamını ifadə edib. Erməni
terrorçularının vəhşiliklərindən danışan moldovalı
ombudsman bəyan edib ki, ermənilərin törətdikləri
cinayətlərə, xüsusilə Xocalı soyqırımına beynəlxalq
hüquqi qiymət verilməlidir.
Moldovalı ombudsman müəllim və şagirdlərin suallarını
cavablandırıb.
Sonda pedaqoji şuranın qərarı ilə moldovalı ombudsmana
"Məktəbin fəxri müəllimi" adı verildiyi də bildirilib.
Tədbir mədəni proqramla davam etdirilib. Azərbaycan və
Moldova milli mahnıları oxunub, rəqslər ifa olunub. |