Təhsil
Problemləri İnstitutunda "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata
keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın icrası ilə
əlaqədar növbəti toplantı keçirilib. İnstitutun şöbə
müdirlərinin iştirakı ilə keçirilən iclasın məqsədi
"Fəaliyyət Planı"nın icrası üzrə Təhsil Nazirliyinin
2015-ci il üçün Tədbirlər Planında göstərilmiş və
TPİ-nin görəcəyi işlər barədə məlumat və təkliflərin
hazırlanması idi.
Tədbirdə institutun direktoru Qulu Novruzov Tədbirlər
Planı sənədində göstərilmiş və birbaşa TPİ-nin
fəaliyyətinə aid olan strateji hədəflər, "Fəaliyyət
Planı" üzrə institut tərəfindən görüləcək işlər,
tədbirlər, icraçı struktur və bölmələr, icra müddəti,
icraya cəlb olunan bölmələr barədə geniş məlumat verdi.
Bildirdi ki, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planının icrası üzrə Təhsil
Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planı sənədində
göstərilmiş bəndlərin otuz birində TPİ bilavasitə
icraçıdır. Qırx iki bəndində isə institut icraya cəlb
olunan qurumlar sırasındadır. İnstitutun aidiyyəti
şöbələrinə sənəddə göstərilən müvafiq strateji hədəflərə
uyğun olaraq tədbirlərin görülməsi, məlumat və
təkliflərin hazırlanması tapşırıldı.
TPİ tərəfindən keçiriləcək tədbirlərin planının
hazırlanması ilə bağlı qeyd olunacaq mövzu və təkliflər
ətrafında geniş müzakirələr aparıldı.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |