Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

"Naxçıvan" Universitetində konfrans

 

Böyütmək üçün seçin"Naxçıvan" Universitetinin konfrans zalında "Azərbaycanın tarixi coğrafiyasının aktual problemləri" mövzusunda respublika konfransı keçirilib.

Plenar iclası giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq konfransın Azərbaycan elminin  ən ağrılı, tarixşünaslığımızda hələlik lazımınca işlənməmiş, amma eyni zamanda çox böyük əhəmiyyətə malik olan bir məsələyə həsr olunduğunu qeyd edib.

Plenar iclasda AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, akademik İsmayıl Hacıyev çıxış edərək muxtar respublikada elmin, təhsilin ikişafına göstərilən qayğıdan söz açıb.

Konfransda  öz  fikirlərini  bölüşən  Naxçıvan  Dövlət  Universitetinin  rektoru, AMEA-nın müxbir  üzvü Saleh Məhərrəmov Azərbaycanın  tarixi coğrafiyasının aktual problemlərindən bəhs edərək,  keçirilən  konfransın  əhəmiyyətindən  danışıb.

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli "Naxçıvan şəhərindəki Əcəmi Naxçıvani yadigarlarının kitabələri", Naxçıvan Dövlət Universitetinin cografiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli "Azərbaycanda coğrafiya elminin inkişafının dünəni və bu günü", "Naxçıvan" Universitetinin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli "XX yüzilliyin 20-ci illərində Azərbaycanda milli dövlətçilik problemi" mövzularında çıxışlar ediblər.

Konfrans öz işini "Tarix", "Coğrafiya", "İqtisadiyyat", "Folklor və mədəniyyət" adlı bölmələrdə davam etdirib. 

"Naxçıvan" Universitetinin mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov