Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Nazir səfirləri qəbul edib

 

 Aprelin 9-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı və Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib.

Təhsil naziri amerikalı diplomatı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüş zamanı təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkələrimiz arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

***

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov həmçinin Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib.

Təhsil naziri polşalı diplomatı yeni vəzifə təyinatı münasibətilə təbrik edib və bu vəzifədə uğurlar arzulayıb. Görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri, hər iki ölkədə həyata keçirilən təhsil islahatları və faydalı təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov