Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Koç Universitetinin rektoru Təhsil Nazirliyində olub

 

Aprelin 7-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov "ADA" Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin Koç Universitetinin rektoru Ümran İnanı qəbul edib.

Görüş zamanı Koç Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri, birgə tədris proqramlarının və araşdırma layihələrinin, həmçinin müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Koç Universitetinin rektoru Ümran İnan bildirib ki, rəhbərlik etdiyi ali məktəb elmi araşdırma layihələrinə və doktorantura pilləsində təhsilin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Qonaq Koç Universitetinin xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan universitetlərinə xüsusi önəm verdiyini nəzərə çatdırıb. Rektor Koç Universitetində doktorantura təhsili almaq istəyən azərbaycanlı tələbələrin təhsil haqqından azad olunacağını söyləyib.

Təhsil naziri Mikayıl Cabbarov Koç Universitetinin azərbaycanlı doktorantları təhsil haqqından azad etməsini təqdirəlayiq hal kimi qiymətləndirib və bu addımın ölkəmizin ali təhsil müəssisələrində elmin inkişaf etdirilməsi hədəflərinə uyğun olduğunu bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov