Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə konfrans

 

Aprelin 10-da Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması" mövzusunda konfrans keçirilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, təhsil nazirinin müavini Firudin Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, ilahiyyatçı alimlər, təhsil ekspertləri və QHT rəhbərləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəhbərlik etdiyi qurumla Təhsil Nazirliyinin "Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planı haqqında məlumat verib. M.Qurbanlı ulu öndər Heydər Əliyevin siyasətinə uyğun olaraq, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində fəaliyyətindən söhbət açıb və bu istiqamətdə görülən işləri qeyd edib. O, gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayaraq, bu istiqamətdə ardıcıl işlərin həyata keçirilməsindən məmnunluğunu bildirib. Milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruriliyini xatırladan komitə sədri bunun həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından əhəmiyyətindən danışıb.

Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli liderin gənclərimizin milli ruhda, milli-mənəvi dəyərlər əsasında təhsilini və tərbiyəsini vacib hesab etdiyini nəzərə çatdırıb. F.Qurbanov Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin tərbiyə funksiyasının da inkişaf etdirilməsinin prioritet istiqamət kimi nəzərdə tutulduğunu xatırladıb. O, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin uşaq və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.

Tədbirdə ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva və digərləri fikirlərini bildiriblər. Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində görüləcək işlərin ayrı-ayrı məqamlarından bəhs olunub. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov