Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Pirallahı və Xəzər rayonlarında səyyar qəbullar keçirilib

 

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar aprelin 3-ü Pirallahı və Xəzər rayonlarında keçirilmişdir. Pirallahı rayonu üzrə 168 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda 131, 168, 186, 235, 243 nömrəli məktəblər və 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.         

Xəzər rayonu üzrə 156 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda isə 3 nömrəli sanatoriya,  26, 33, 92, 117, 119, 120, 121, 122, 123, 124, 125, 136, 149, 156, 181, 183, 185, 206, 216, 218, 230, 231, 234, 237, 241, 256, 262, 322, 323, 324, 326 nömrəli məktəblər və 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, 28 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 38 nömrəli  Texniki Yaradıcılıq Mərkəzi və 43 nömrəli Şagird Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.       

Səyyar qəbullar saat 10:00-da Pirallahı rayonu, saat 14:00-da isə Xəzər rayonunda başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Pirallahı və Xəzər rayonları üzrə 40 müraciət dinlənilmişdir. Əsas müraciətlər birinci sinfə qəbul sistemi, mühafizə sisteminin təşkili və məktəblərin təmir edilməsi ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov