Təhsil naziri Mikayıl Cabbarov 13 aprel 2015-ci il
tarixində saat 11:00-da Şəmkir şəhərindəki Heydər Əliyev
Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2015-ci ilin aprel ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında
yaşayan vətəndaşları qəbul edəcək.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki,
qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən
ərizə ilə müraciət etsinlər. |