Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən
2001-2002-ci il təvəllüdlülər arasında sambo üzrə Bakı
birinciliyi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, birincilikdə 152
idmançı 11 çəki dərəcəsi üzrə mübarizə aparıb. Yarışda
Rüfət Novruzəliyev (32 kq), Məhəmməd Təhməzzadə (35 kq),
Nicat Məmmədli (38 kq), Nicat Qasımov (42 kq), Əjdər
Əsədov (46 kq), Rəhim Bayramlı (50 kq), Ruslan Quluzadə
(54 kq), Hümmət Mehdiyev (59 kq), Elcan Omarov (65 kq),
Ramiz Sadıqlı (71 kq), Qəni Əliyev (71 kq-dan yuxarı)
birinci yerə layiq görülüblər.
İlk üçlüyü tutan idmançılar Baş İdarə tərəfindən müvafiq
dərəcəli diplom və xatirə hədiyyələri ilə
mükafatlandırılıb. |