Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Güləşçilərimiz Avropa çempionatında doqquz medal qazanıb

 

Böyütmək üçün seçinPolşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb. İlk dəfə keçirilən çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, çempionatın son günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Turnirdə 85 kiloqram çəki dərəcəsində mübarizə aparan gənclər arasında dünya və Avropa çempionu İslam Abbasov yarışa Ukrayna və İsveç güləşçiləri üzərində ardıcıl qələbə ilə başlayıb. Almaniya təmsilçisi ilə gərgin keçən görüşdə uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rusiya idmançısı ilə bərabər səviyyəli görüşdə qalib olan İ.Abbasov bürünc medal uğrunda həlledici görüşə çıxıb. Bolqarıstan idmançısı üzərində qələbə güləşçimizə bürünc medal qazandırıb.

Çempionatda yığmamız ümumilikdə 9 medal qazanıb. İki gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc medal (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) sərbəst güləşçilərin, 1 qızıl (Alyona Kolesnik (55 kq)) və 2 bürünc medal (Solmaz Həşimzadə (53 kq)) və Elmira Qəmbərova (63 kq)) qadın güləşçilərin payına düşüb. Yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (59 kq) də çempionatı üçüncü pillədə başa vurub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov