Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

"Kitab qoy, kitab götür"

 

Azərbaycan Dövlət İqtisad Universitetində yeni layihəyə start verilib 

 Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU)  "Azad kitabxana" layihəsinə start verilib.  Bu, dünya universitetlərində tətbiq olunan "Free library" adlı layihədir. "Azad kitabxana"ya bütün növ ədəbiyyatlar, dərs vəsaitləri, jurnal və qəzetlər yerləşdirilə bilər. Məqsəd tələbələr arasında mütaliə mədəniyyətini təkmilləşdirməyə təkan vermək, kitabların mübadiləsini həyata keçirməkdir.

 "Azad kitabxana"da iştirak sərbəstdir. İstənilən şəxs kitabları qutulara yerləşdirə, kitabxanada olan kitabları götürə bilər. Layihənin işləmə mexanizmi "Kitab qoy, kitab götür" (Take a book, leave a book) prinsipinə əsaslanır.

 Layihəyə yeni start verilməsinə baxmayaraq, mübadilə dinamikası stabildir. Universitet tərəfindən "Azad kitabxana"da yerləşdirilən müxtəlif jurnal və qəzetləri tələbələr götürərək istifadə edirlər.   

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov