Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda
"Məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi"
mövzusunda məşğələ keçirilib. Öncə mart soyqırımında
şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru Qulu Novruzov "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"ndan və orada qiymətləndirməni əks etdirən
məzmundan, sənəddə yer almış təfəkkürün və şəxsiyyətin
inkişafına yönəlmiş, təhsilalanların fərdi
xüsusiyyətlərini nəzərə alan innovativ təlim,
qiymətləndirmə metodologiyası və resurslarının
inkişafından söz açıb. Bildirib ki, ölkəmizdə təhsil
sisteminə yeni texnologiyaların tətbiqi və onlardan
geniş istifadə edilməsi informasiya cəmiyyətinin əsas
xüsusiyyətlərindən biri kimi diqqətdə saxlanılır.
Sonra Bakı şəhəri N.Həmzəyev adına 238 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi (2009-2010) İradə Bayramova öz
təcrübəsində qiymətləndirmədə İKT-nin tətbiqi ilə bağlı
təqdimatla çıxış edib.
TPİ-nin direktor müavini Ənvər Abbasov, 238 nömrəli tam
orta məktəbin direktoru İlqar Talıbov, İTV-nin "Açıq
dərs" verilişinin aparıcısı Orxan Cabbarov, İncəsənət
Gimnaziyasının ibtidai sinif müəllimi Yaqut Əzimzadə və
başqaları məktəbdaxili qiymətləndirmə ilə bağlı maraqlı
fikirlər səsləndirib, məşğələnin təqdimatçısı İradə
Bayramovaya təcrübəsini bölüşdüyü üçün təşəkkürlərini
bildiriblər.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |