Martın 11-14-də ABŞ-ın Harvard Universitetində dil
təlimində innovasiyaların tətbiqinə həsr olunmuş
beynəlxalq forum keçirilib. EF (Education First)
Beynəlxalq cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş
Forum EF kompaniyasının 50 illiyi tədbirləri
çərçivəsində təşkil olunub.
50 il əvvəl Bertil Halt tərəfindən əsası qoyulan EF-in
məqsədi dünyada təhsilin daha geniş miqyas almasına
kömək etmək və yalnız təhsil vasitəsilə dünyanı kəşf
etmək olmuşdur. Bu gün EF-in 21 ölkənin 45 şəhərində
ofisləri vardır. Məhz EF-in vasitəsilə milyonlarla insan
ingilis dilini öyrənib.
3 gün davam edən Forumda beynəlxalq təhsildə
mükəmməllik, dil bacarıq və vərdişləri,
standartlaşdırılmış dil testləri, kurikulumların
qloballaşdırılması, dil müəllimi hazırlığı, müasir təlim
texnologiyalarının tətbiqi, bilik və bacarıqların
qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub.
Forum iştirakçıları Harvard Universitetində bu sahədə
aparılan tədqiqatlar, onların tətbiqi imkanları ilə
yaxından tanış olub, həmçinin dərsləri müşahıdə ediblər.
Forumda Təhsil Nazirliyini Hüquqi ekspertiza və
lisenziyalaşma şöbəsinin Lisenziyalaşdırma və
akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan
Abdullayev təmsil edib. |