Bakıda
Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda
beynəlxalq breyn-rinq turniri başa çatıb.
Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyinin tərəfdaşlığı ilə keçirilən və AzTV-də
yayımlanan bilik yarışlarında 12 komanda - Azərbaycan,
Ukrayna, Belarus, Almaniya, Gürcüstan, Moldova,
Özbəkistan, Estoniya, Rusiya, ABŞ və Türkmənistanın
yığma komandaları, eləcə də "Bakı" klubunun yığma
komandası iştirak edib.
Azərbaycanın "Bakı" yığma komandası ilə Estoniya yığma
komandası arasında keçirilmiş ilk oyun 4:5, ABŞ yığma
komandası və Almaniya yığma komandasının qarşılaşması
isə 5:4 hesabı ilə başa çatıb. Estoniya və ABŞ yığma
komandaları arasındakı ilk final qarşılaşmasında 5:2,
ikinci final oyununda isə 4:5 hesabı qeydə alınıb və
Estoniya komandası yarımfinala çıxıb.
Belarus və Gürcüstan yığma komandaları arasındakı oyun
5:4, Ukrayna və Özbəkistan yığma komandalarının
qarşılaşması isə 5:2 hesabı ilə yekunlaşıb. Final
oyununda Ukrayna yığma komandası Belarus yığma
komandasına qalib gəlib (1:5; 5:2).
Üçüncü qarşılaşmada Moldova yığma komandası Rusiya yığma
komandasına (5:4) qalib gəlib. Sonra isə Azərbaycan
yığma komandası Türkmənistan yığma komandasından (5:4)
üstün olub. Final oyununda Azərbaycan yığması Moldova
komandasını məğlub (5:2; 5:1) edib.
Belarus və Rusiya yığma komandaları arasındakı oyunda
bərabərlik (4:6; 5:4) qeydə alınıb. Əlavə sualı doğru
cavablandıran Belarus yığma komandası finala yüksəlib.
Digər finalçı isə Azərbaycan və ABŞ yığma komandalarının
qarşılaşmasında müəyyənləşdirilib. Azərbaycan yığma
komandası ABŞ yığma komandasına 5:1 və 5:3 hesabı ilə
qalib gələrək finala çıxıb.
Gərgin mübarizə şəraitində keçən final oyununda
Azərbaycan yığma komandası Belarus yığma komandasını
(6:4; 3:5; 5:4; 3:5; 6:4) məğlub edərək Azərbaycan
Respublikası Prezidentinin Kuboku uğrunda beynəlxalq
breyn-rinq turnirinin qalibi olub.
www.edu.gov.az |