Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Şagirdlərin I sinfə elektron sistemlə qəbulu davam edir

 

Böyütmək üçün seçinBu yaxınlarda təhsil sahəsində növbəti bir yeniliyə imza atıldı. Təhsil nazirinin müvafiq əmrınə əsasən I sinfə  şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə start verildi. Yeniliyin  tətbiqindən təxminən 1 ay keçir. Prosesin necə getdiyini öyrənmək üçün ümumtəhsil müəssisələrindən birində - Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə olduq.

Məktəbin direktoru Bəhram Şiriyev bizimlə söhbət zamanı  bildirdi ki, məktəbdə qeydiyyat komissiyası yaradılıb. Binəqədi rayonu üzrə  fəaliyyət göstərən 2 alternativ sənəd qəbulu komissiyasından biri də məhz  bu ümumtəhsil müəssisəsində yerləşir. Hər iki komissiyanın normal fəaliyyət göstərməsi üçün 2 otaq ayrılıb. Elektron sənəd qəbulu həftənin I-VI günləri saat 9:00-dan 16:00-a qədər aparılır. Bütün bunlarla bağlı məlumat xarakterli elanlar  və 2015-2016-cı tədris ilində dərs  deyəcək I sinif müəllimlərinin siyahısı məktəbin məlumat lövhəsinə vurulub ki, bu da valideynlərin  operativ məlumatlandırılmasına kömək edir.

Direktor əlavə etdi ki, tətbiq olunan yenilikdən valideynlər çox razıdırlar. Belə ki, onlar I siniflərə qəbulun elektron  sistem vasitəsilə aparılmasının   daha rahat və əlverişli olduğunu bildirirlər.

 Qeydiyyat komissiyasına valideynlər məhz övladlarının bu təhsil ocağında I sinfə qəbulu ilə bağlı müraciət edirlər. Bu günə qədər 53 valideynin övladının I sinfə qəbulu ilə bağlı elektron sənəd qəbulu aparılıb,  6 nəfər isə özü onlayn olaraq qeydiyyatdan keçib.

Alternativ sənəd qəbulu komissiyasında isə valideynlərin  müxtəlif məsələlərlə bağlı müraciətləri olur. Bu komissiyanın üstünlüklərindən biri valideynlərin  övladlarının yaşadıqları ərazidən uzaqda yerləşən istədikləri məktəbə qəbulu üçün  elektron ərizə ilə müraciətlərini  reallaşdıra bilmələridir.  Burada qeydiyyatdan keçməyə gələn valideynlərə 5 məktəbi seçib siyahıya əlavə etmək, uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirdikdən sonra isə onlardan yalnız birinə sorğu yerləşdirmək hüququ verilir. 

6 yaşı tamam olmayanlarla bağlı da valideynlərin müraciətləri olur. Belələrinə müvafiq qaydalar bir daha izah olunur.

Alternativ sənəd qəbulu komissiyası  rayonda yerləşən bütün məktəblərə nəzarət etmək imkanına malikdir. Bu günə qədər rayonun ərazisində yerləşən  məktəblərə valideynlər  tərəfindən təxminən 500-ə yaxın elektron ərizə ilə müraciət olunub 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
Foto Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov