Məktəblilər arasında şahmat idman növünü təbliğ etmək,
şahmatçıların təsnifat dərəcələrini artırmaq, "Şahmat"
fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu
fənnin mənimsənilmə səviyyəsini artırmaq məqsədilə
"Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamə"nin 13.5 bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 13-18 aprel 2015-ci il tarixində Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümünə həsr olunmuş "Şahmat" fənni tədris olunan
pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında
respublika şahmat festivalı keçirilsin.
2. Festivalın Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
3. Festivalın təşkili və keçirilməsinə ümumi rəhbərlik
"Təhsil" Respublika İdman Mərkəzinə həvalə edilsin.
4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov)
festivalın keçirilməsi, qaliblərin mükafatlandırılması
ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə
lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi
(V.Məmmədov) festival ilə bağlı satın alınması tələb
olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı
Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
6. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və
xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti
və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə
vəsaitin ayrılmasını təmin etsin.
7. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil
İdarəsi, rayon (şəhər) təhsil şöbələri "Şahmat" fənni
tədris olunan pilot məktəblər arasında yarışın rayon
(şəhər) mərhələsinin keçirilməsini, yığma komandaların
formalaşdırılmasını və finalda iştirakını təmin
etsinlər.
8. Bakı Şəhəri üzrə Təhsil İdarəsi festivalın final
mərhələsinin keçirilməsi üçün lazımi şərait yaratsın.
9. İnformasiya şöbəsi (Elnur Əliyev) bu əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini Firudin
Qurbanova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
18 mart 2015-ci il |