Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nın Uşaq
Fondu (UNİCEF) arasında 2014-cü il tarixində imzalanmış
"2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı"na
müvafiq olaraq əlilliyi olan sağlamlıq imkanları məhdud
uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə
cəlb olunması üçün nəzərdə tutulan "İbtidai təhsil
səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin
icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikası
Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. BMT-nın Uşaq Fondu (UNİCEF) tərəfindən
maliyyələşdirilən "İbtidai təhsil səviyyəsi üzrə
inklüziv təhsilin tətbiqi" layihəsinin icrası ilə bağlı
Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin
(əlavə olunur).
2. Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai
rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot
müəssisə təyin edilsinlər.
3. Pilot müəssisələrdə loqopedik xidmət yaradılsın.
4. Layihənin Fəaliyyət Planının icrası və
koordinasiyası De-institutlaşma və Uşaqların
Müdafiəsi İdarəsinə (M.Hacıyeva) tapşırılsın.
5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin
internet saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət İnformasiya şöbəsinə
(E.Əliyev) həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
18 mart 2015-ci il |