* Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo
Mərkəzində "AITF-2015" XIV Azərbaycan Beynəlxalq turizm
və səyahətlər, "HOREX Caucasus-2015" IX Qafqaz
Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün
avadanlıq və ləvazimatlar, həmçinin "CIBS-2015" II Xəzər
Beynəlxalq kater və yaxtalar sərgiləri ilə tanış olublar.
* Prezident İlham Əliyevin və ölkəmizə rəsmi səfərə
gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və
Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd
bin-Rəşid Əl-Maktumun aprelin 2-də geniş tərkibdə görüşü
olub. Görüşdən sonra Azərbaycan Respublikası və
Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin
imzalanması mərasimi keçirilib.
* Aprelin 2-də dövlət başçısı İlham Əliyev Cəmşid
Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi
haqqında sərəncam imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 1-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri,
kinorejissor Nikita Mixalkovu qəbul edib.
* Aprelin 1-də dövlət başçısı İlham Əliyev
Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Amangeldı Jumabayevi diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar qəbul edib.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
martın 30-da Bakı Ağ Şəhər bulvarında həyata keçirilən
inşaat işlərinin gedişi ilə tanış olub.
* Martın 29-da Prezident İlham Əliyev Ş.H. Məmmədovaya
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nun
verilməsi haqqında sərəncam imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və ailə üzvləri martın 19-da
Prezident Sarayında Gəncənin 11 yaşlı sakini Ümid
Həbibovla görüşüblər.
* Martın 17-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Türkiyə Respublikasında işgüzar səfərdə
olub. Ölkə başçısı səfəri zamanı Qarsda Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla
görüşüb, Trans-Anadolu qaz boru kəməri - TANAP-ın
təməlqoyma mərasimində və Heydər Əliyev adına Anadolu
texniki-peşə liseyinin açılışında iştirak edib. Liseyin
açılış mərasimində hər iki ölkənin prezidentləri çıxış
ediblər. |