Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər üçün
Təhsil Mərkəzinin Mingəçevir regional ofisi və Şəhər
Gənclər və İdman İdarəsi "Gənclər arasında mini-futbol
şəhər turniri" keçirib. Tələbələrin və şagirdlərin
iştirak etdiyi turnirdə qabaqcıl yerləri tutmuş
komandalara diplomlar təqdim olunub.
Qeyd edək ki, birinci Avropa Oyunlarının Bakı ilə
yanaşı, Mingəçevir şəhərində də keçiriləcəyini nəzərə
alaraq, Gənclər üçün Təhsil Mərkəzi yeniyetmə və
gənclərin idmana olan marağını daha da artırmaq, təhsil
ocaqlarında idman dərslərinin daha səmərəli
keçirilməsini təmin etmək üçün qarşıdakı günlərdə
velosiped turniri, çoxnövçülük üzrə bir sira idman
yarışları və digər tədbirlər reallaşdıracaqdır.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |